Meyvezer Tszyu və Krouford arasında mümkün döyüşü dəyərləndirib

  • Bu gün, 13:24

Beş divizion üzrə keçmiş dünya çempionu kiçik Floyd Meyvezerin (50-0) əmisi Ceff Meyvezer, orta çəkidə WBO üzrə gənclər arasında çempion Tim Tszyu (23-0) ilə döyüşün dünya çempionu Terens Krouford (40-0) üçün asan döyüş olacağını düşünmür. 

Sportlife.az xəbər verir ki, Meyvezer bu barədə Cey Makallisterin "YouTube" kanalında danışb.

“Mən Krouforda üstünlük verərdim. Amma mən deməzdim ki, bu, onun üçün parkda gəzinti olacaq. Bu, Timin nəyə qadir olduğunu bütün boks dünyasına göstərəcək döyüşdür".

Döyüş martın 30-da ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək.


Paylaş: