"Rayan Qarsiya boksun simasıdır"

  • 21 Aprel 2024, 21:25

Altı çəki dərəcəsində keçmiş dünya çempionu, hazırda isə “Golden Boy” promouterlik şirkətinin rəhbəri Oskar De La Hoya (36-6) yüngül çəkidə WBC-nin keçmiş çempionu Rayan Qarsiya (25-1) haqqında fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, Oskar mətbuat konfransında “Rayan Qarsiya üst səviyyədədir və indi o, boksun simasıdır” deyib.

Qarsiya Devin Haneyi (31-1) səs çoxluğu ilə (112-112, 114-110, 115-109) məğlub edib. Döyüş aprelin 20-də ABŞ-nin Nyu-York şəhərindəki "Barclays Center2də baş verib.


Paylaş: