
"Amorim, "Mançester Yunayted"i yenidən zirvəyə gətirəcək"
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Giqqz “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim barədə fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, mançesterlilərin keçmiş kapitanı portuqaliyalı mütəxəssisə dəstək verib: “Hazırda pis vəziyyətdəyik. Eyni zamanda demək istəyirəm ki, Amorimin komandasını bəyənirəm. Vaxt verilsə, o, "Mançester Yunayted"i yenidən zirvəyə gətirəcək. İndi klub əvvəlki şöhrətindən çox uzaqdadır”.
İngiltərə Premyer Liqasının 24 turundan sonra "Mançester Yunayted" 29 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Mankunian nəhəngi növbəti matçını fevralın 16-da Londonun "Tottenhem" klubuna qarşı keçirəcək.