Ançelotti Gülərə icarəyə getməyi məsləhət görüb

  • 19 Aprel 2024, 16:41

"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərə icarəyə getməyi məsləhət görüb.

Sportlife.az jurnalist Mateo Morettoya istinadla xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə bir çox İspaniya klubları maraqlanır. Madrid rəhbərliyi hələ futbolçunun gələcəyi ilə bağlı qərar verməyib.

Gülər ​​2023-cü ilin yayında "Real Madrid"ə keçib. O, klubda 7 oyun keçirib, 1 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir. Yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir.


Paylaş: