Arda Gülər "Real"dan gedə bilər
"Real Madrid" yarımmüdafiəçisi Arda Güləri icarəyə verə bilər.
Sportlife.az "Relevo"ya istinadla xəbər verir ki, klub futbolçunun fiziki inkişafına baxmayaraq onun getməsi ideyasını dəstəkləyir.
Gülər 2023-cü ilin yayında "Real Madrid"ə keçib. O, klubda 7 oyun keçirib, 1 qol vurub. Transfermarkt portalı 19 yaşlı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.