"Danışıqlarımız davam edir" - "Neftçi"dən açıqlama
"Neftçi" "Partizan"ın sabiq futbolçusu Nemanya Qlavçiç ilə danışıqlar aparmaları barədə xəbərə münasibət bildirib.
Klubdan Sportlife.az-a verilən məlumata görə, hazırda bir neçə futbolçu ilə danışıqlar gedir:
"Transfer pəncərəsinin bağlanmasına hələ vaxt var. Danışıqlarımız davam edir. Transferlər gözlənilir. Çox futbolçu ilə danışıqlar gedir. Ancaq ayrı-ayrı adı çəkilən futbolçuları şərh etmirik".
Qeyd edək ki, son komandası Yunanıstan "Volos"u olan futbolçu ölkəsinin "Teleoptik", "Spartak", "Slaven Belupo" və Rusiyanın "Ximki" klublarında da çıxış edib. O, Serbiyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında forma geyinib.