"Mən, sadəcə oynamaq istəyirəm"

  • Bu gün, 13:16

"Mançester Yunayted"i "Aston Villa"ya dəyişən Markus Reşford sosial şəbəkədə paylaşım edib.

Sportlife.az xəbər verir ki, o, transferin baş tutmasına görə hər iki kluba təşəkkürünü bildirib:

"Bir sıra klublar mənə müraciət etdi, buna görə xoşbəxtəm. Lakin "Aston Villa"ya qoşulmaq asan qərar oldu. Komandanın bu mövsüm oynadığı oyuna və baş məşqçinin ambisiyasına heyranam.

Mən, sadəcə, futbol oynamaq istəyirəm və başlamaq üçün səbirsizlənirəm. "Mançester Yunayted"də hər kəsə mövsümün qalan hissəsində ən yaxşısını arzulayıram".

Qeyd edək ki, Reşford “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimlə münaqişə yaşayıb. Mütəxəssis ingilis futbolçunun işə münasibətindən narazı olduğu üçün onu meydana buraxmırdı. Reşford "Aston Villa"ya icarə əsasında keçib.


Paylaş: