"Messi ilə komanda yoldaşı olmaq şərəfdir"

  • Bu gün, 10:42

"İnter Mayami"nin yeni futbolçusu Tadeo Allende komandanın kapitanı Lionel Messi haqqında danışıb.

Sportlife.az xəbər verir ki, "Selta"dan icarəyə götürülən 25 yaşlı futbolçu təssüratlarını bölüşüb: 

“Mən Messini hər zaman televizorda izləmişəm. İndi onunla, eləcə də Suarez, Alba və Busqetslə komanda yoldaşı olmaq inanılmaz bir şeydir.

Bu, şərəf və böyük sevincdir, həm də təzyiqdir. Onlar liderdirlər və biz öz səviyyəmizi buna uyğun yüksəltməliyik”.


Paylaş: