"Real" Mbappeni qorumalıdır"
"Əl-Nəsr"ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "Real"ın azarkeşlərindən hücumçu Kilian Mbappeyə dəstək olmağı istəyib.
Sportlife.az xəbər verir ki, o, fransalı forvardın böyük oyunçu olduğunu bildirib:
"Fanatları Kiliana qarşı ehtiyatla davranmağa çağırıram. Klub onu dəstəkləməli və qorumalıdır. Əminəm ki, Mbappe azarkeşlərə böyük sevinc bəxş edəcək. Kiliana çox isti münasibət bəsləyirəm və bu, təkcə onun gənclik illərində mənim azarkeşim olması ilə bağlı deyil. Mən həqiqətən Mbappenin əla oyunçu olduğunu düşünürəm".
Mbappe bu mövsüm 44 matçda 22 qol vurub və 4 məhsuldar ötürmə edib.