Yenidən "Kəpəz"ə qayıtdı
"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, klub "Turan Tovuz"un futbolçusu Sadiq Şəfiyevi icarəyə götürüb.
Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Şəfiyev 2020-2021-ci illərdə "Kəpəz"də çıxış edib.