"Borussiya"dan yeni transfer
Dortmund "Borussiya"sı "Norşellan"ın sol cinah müdafiəçisi Daniel Svenssonu transfer edib.
Sportlife.az xbər verir ki, Almaniya klubu 22 yaşlı futbolçunu bu mövsümün sonuna qədər satın alma bəndi ilə icarəyə götürüb.
Transfermarkt portalı futbolçunun dəyərini 5,5 milyon avro qiymətləndirir.
Svensson bu mövsüm "Norşellan"ın heyətində bütün turnirlərdə 19 oyunda iki məhsuldar ötürmə edib.