Dünya çempionu üçün mövsüm bitdi

  • Bu gün, 16:15

"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines mövsümün qalan hissəsini buraxa bilər.

Sportlife.az xəbər verir ki, 27 yaşlı futbolçu "Kristal Pelas"la matçda (0:2) İsmayıla Sarrla top uğrunda mübarizə zamanı dizindən zədə alıb. O, 82-ci dəqiqədə Matteys de Lixtlə əvəzlənib. Martines meydanı xərəkdə tərk edib.

Argentina millisi ilə dünya çempionu olmuş futbolçunun ən azı bu mövsümün qalan hissəsində yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir.


Paylaş: