"Beşiktaş"a 15 milyonluq təklif

  • Bu gün, 12:40

"Zenit" "Beşiktaş"ın yarımmüdafiəçisi Gedson Fernandesi transfer istəyir.

Sportlife.az xəbər verir ki, Sankt-Peterburq klubu portuqaliyalı futbolçu üçün 15 milyon avro təklif edib.

İstanbul təmsilçisi isə Fernandesi 20 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Ötən yay “Zenit” 26 yaşlı Fernandes üçün 17 milyon, qazaxıstanlı yarımmüdafiəçi Bəxtiyor Zaynutdinov üçün isə 7 milyon təklif etsə də, keçid baş tutmayıb.


Paylaş: