Məşhur hücumçu klubunu dəyişir

  • Bu gün, 11:16

"Cenoa"nın hücumçusu Mario Balotelli karyerasını A seriyasının başqa təmsilçisində davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 34 yaşlı futbolçu "Venesiya" ilə anlaşıb.

Daha əvvəl "Cenoa"nın idman direktoru Marko Ottolini forvardın klubdan getməyə yaxın olduğunu bildirmişdi. Balotelli özü də oyun müddətindən narazıdır.

Xatırladaq ki, Balotelli oktyabrın sonunda “Cenoa”ya azad agent kimi keçib. Bu müddətdə 34 yaşlı futbolçu A Seriyasında 6 matçda iştirak edib və 56 dəqiqə meydanda olub, qol vura bilməyib.


Paylaş: