"Sabah"ın "göz qamaşdırması"

  • 31 Yanvar 2025, 19:17

"Sabah"ın vəziyyəti heç də göz oxşayan deyil - "Kəpəz"ə uduzmaq heç bir halda başa düşülməməlidir. Bu klubun 15 milyonluq büdcə ilə 3 milyonluq "Kəpəz" qarşısında aciz qalması göz önündə baş verən faciəsidir. Bu, sadəcə idman məğlubiyyəti deyil, strateji iflasın canlı təsviridir.

Bu "gözəl" idarəetmənin arxasında isə Maqsud Adıgözəlovun "göz qamaşdıran" performansı dayanır. Klubu gözlənilən uğura apara bilməyən bir idarəçi AFFA-nın İcraiyyə Komitəsində necə gözəl (!) qərarlar verə bilər? Hansı futbol ideyalarıyla, hansı strateji baxışlarla?

Gözlənilən odur ki, bu "gözəl" futbol idarəçiliyi davam etsə, "Sabah"ın gözü yolda qalacaq, uğur isə gözündən itəcək. Çünki burada gözəl planlar, gözlənilən nəticələr, göz açan idarəetmə yoxdur – sadəcə, gözümüzün qarşısında baş verən gözlənilməz biabırçılıq var!

Mirələm Həsənli


Paylaş: