"Topçular" "Mançester Siti"ni darmadağın etdi
İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, bu gün "Arsenal" öz meydanında "Mançester Siti" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turnir cədvəlində "Arsenal" 50 xalla 2-ci yerdə qərarlaşıb. "Mançester Siti" isə 41 xalla 4-cü yerdədir.
"Arsenal" - "Mançester Siti" - 5:1
Qollar: Odeqard, 2, Parti, 56, Lyuis-Skelli, 63, Havertz, 76, Nvaneri, 90+3 - Haaland, 55