"Pep, sabah qovulacaqsan!"
İngiltərə Premyer Liqasının XXIV turunda "Arsenal" "Mançester Siti"ni 5:1 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, matçın gedişində London klubunun azarkeşləri "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanı ələ salan şüarlar səsləndiriblər.
Onlar "Pep, sabah qovulacaqsan" deyə qışqırmağa başlayıblar.
Qeyd edək ki, bunu daha əvvəl “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem” azarkeşləri də edib.