Keyndən Bundesliqada yeni rekord
"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqanın 20-ci turunda "Holşteyn"lə qarşılaşmada (4:3) dubl edib.
Sportlife.az xəbər verir ki, bu, ingiltərəli forvardın Almaniya çempionatındakı 50-ci oyunu olub.
32 yaşlı futbolçu Bundesliqada keçirdiyi ilk 50 oyunda 55 qol vurub ki, bu da turnirin rekordudur.
Əvvəlki rekord (ilk 50 matçda 50 qol) "Borussiya"nın sabiq hücumçusu, hazırda "Mançester Siti"də çıxış edən Erlinq Holanna məxsus idi.