Bu gün transfer pəncərəsi bağlanır
Bu gün Avropanın böyük "beşlik" liqalarında qış transfer pəncərəsi bağlanır.
Sportlife.az xəbər verir ki, Premyer Liqa, Bundesliqa, La Liqa, Serie A və Liqa 1 klublarının yeni oyunçular almaq və ya satmaq üçün gecə sat 23:59-dək vaxtı var.
Qış transfer dövrü yanvarın 1-də açılmışdı.
Qeyd edək ki, bu qış bir neçə səs-küylü keçid baş tutub. Məsələn, cinah oyunçusu Xviça Kvaratsxeliya “Napoli”ni PSJ-yə dəyişib, hücumçu Con Duran “Aston Villa”dan “Əl-Nəsr”ə keçib, müdafiəçi Abdukodir Xusanov isə “Mançester Siti”nin futbolçusu olub.