Premyer Liqa klubunda erkən qayıdış
"Vest Hem" yarımmüdafiəçi Ceyms Uord-Prausun vaxtından əvvəl icarədən qayıtdığını elan edib.
Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi cari mövsümün ilk yarısını “Nottingem Forest”də keçirib.
O, ötən mövsüm “Vest Hem”in heyətində 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bu mövsüm isə "Nottingem Forest"də 10 Premyer Liqa matçında bir assist edib.