"Zirə"dən Kiyev "Dinamo"suna?

  • Bu gün, 12:08

“Zirə”nin futbolçusu Salifu Suma Kiyev “Dinamo”sunun maraq dairəsinə düşüb.

Sportlife.az xəbər verir ki, Ukrayna nəhəngi 21 yaşlı qvineyalı hücumçunu transfer etmək istəyir.

“Dinamo”nun keçid üçün 800 min avrodan 1 milyona qədər ödəyəcək. Transferin yaxın müddətdə gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin yayında “Havr”dan “Zirə”yə keçən Suma cari mövsümün 23 matçında 4 qol vurub. İki gün əvvəl Bakı klubu ilə yeni müqavilə imzalayan forvardın anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub.


Paylaş: