Millimizin baş məşqçisi ilə müqavilə uzadıldı

  • Dünən, 22:34

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqaviləsinin müddəti uzadılıb.

Sportlife.az xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirakı ilə əlaqədar sözləşmənin müddəti mayın 1-dək artırılıb.

Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.


Paylaş: