"Arsenal" "Barselona"nın gənc futbolçusuyla maraqlanır

  • Dünən, 12:31

"Arsenal" "Barselona"nın gənc istedadı Arnau Pradası transfer etmək istəyir.

Sportlife.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu sol vinger mövqeyində çıxış edir. O, hazırda "Barselona"nın gənc komandasında çıxış edir.

Pradas UEFA-nın Gənclər Liqasında 6 oyuna çıxıb və 2 qol vurub.


Paylaş: