"Arsenal" iki oyunçusundan yaxşı xəbər gəldi
"Arsenal"a iki oyunçusundan sevindirici xəbər gəlib.
Sportlife.az xəbər verir ki, Kay Haverts və Tomas Partinin sağalması prosesi yaxşı gedir. Hər iki futbolçunun gələn həftə meydanda olacağı gözlənilir.
"Arsenal"ın növbəti oyunu oktyabrın 19-da "Bornmut"a qarşı olacaq. "Topçular" 17 xalla Premyer Liqada 3-cü yeri tutur.