
Arteta istefaya göndəriləcək?
"Arsenal" rəhbərliyi baş məşqçi Mikel Arteta ilə yollarını ayırmayacaq.
Sportlife.az xəbər verir ki, London klubu bu mövsüm titul qazanmaq şansını itirsə də, ispaniyalı mütəxəssisin işi qənaətbəxş hesab olunur.
Klub rəhbərliyi artıq baş məşqçi ilə yeni mövsümün planlarını qurur.
Qeyd edək ki, "Arsenal" Çempionlar Liqasının yarımfinalında PSJ-yə uduzaraq mübarizəni dayandırıb.