Badri Xviçanın gələcəyi barədə

  • 3 Mart 2024, 18:55

"Napoli"nin ulduz futbolçusu Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun İtaliya klubundakı gələcəyindən danışıb.

Sportlife.az xəbər verir ki, daha əvvəl 23 yaşlı gürcüsünün maaşını artırmaqla müqaviləsini 2029-cu ilə qədər uzatmaq üçün neapollularla danışıqlar apardığı barədə məlumatlar yayılmışdı. PSJ və Barselona futbolçunun ətrafındakı vəziyyəti izləyir və cinah oyunçusu ilə müqavilə imzalamağa hazırdır.

“Məncə, o, növbəti mövsümdə “Napoli”də qalmağa qərar verəcək. Yalnız o, "Napoli"də qalıb-qalmamaq seçimini edə bilər. Mən onun istənilən qərarına hörmət edəcəyəm”, – jurnalist Fabritsio Romano X sosial şəbəkəsində Badri Kvaratsxeliyadan sitat gətirib.


Paylaş: