“Beşiktaş”ın müdafiəçisi üç həftə olmayacaq
“Beşiktaş”ın futbolçusu Qabriel Paulista sıradan çıxıb.
Sportlife.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı braziliyalı müdafiəçi Super Liqanın 8-ci turunda “Qaziantep”lə görüşdə (1:1) ayaq əzələsindən zədələnib. O, 3 həftə komandaya kömək edə bilməyəcək.
“Beşiktaş” Paulistanı mövsümün əvvəlində “Atletiko”dan transfer edib.