"Borussiya" ilin ilk məğlubiyyətilə barışdı

  • 25 Fevral 2024, 22:27

Almaniya Bundesliqasının 23-cü turunun matçında Dortmund "Borussiya"sı doğma meydanda "Hoffenhaym"a uduzub - 2:3.

Sportlife.az xəbər verir ki, qonaqların heyətində 61 və 64-cü dəqiqələrdə fərqlənən Maksimilian Bayer dubla imza atıb. Digər qolu isə İlas Bebu (2-ci dəqiqə) vurub.

Dortmundluların qollarını Doniel Malen (21-ci) və Niko Şlotterbek (25-ci) vurub.

"Borussiya" (41 xal) Bundesliqada 4-cüdür. Komanda 2024-cü ildə ilk məğlubiyyətini alıb. Edin Terziçin yetirmələri sonuncu dəfə dekabrın 9-da Bundesliqanın 14-cü turunda “Leyptsiq”ə (2:3) məğlub olublar..


Paylaş: