
"Brentford" onun dəyərini bəlirləyib
"Brentford" forvardı Brian Mbemonun dəyərini bəlirləyib.
Sportlife.az "TalkSport" portalına istinadən xəbər verir ki, "arılar" 25 yaşlı hücumçu üçün 50 milyon funt-sterlinq tələb edir. Onunla "Liverpul", "Arsenal" və "Nyukasl" yaxından maraqlanır.
Mbemo 2019-cu ildən bəri "Brentford"da çıxış edir. O, bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb və 8 qol vurub.