De Xea karyerasını bu klubda bitirmək istəyir

  • Dünən, 13:31

"Fiorentina"nın qapıçısı David de Xea karyerasını hansı komandada sonlandırmaq istədiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, o, bu klubun "Mançester Yunayted"də olduğunu bildirib:

"Ora mənim evimdir - ömürlük orada qalardım. Azarkeşlər hələ də mənə yazırlar. Amma futbol belədir: gözləmədiyiniz şeylər baş verir".

Qeyd edək ki, De Xea 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib. 2024-cü ilin avqustunda azad agent kimi "Fiorentina"ya keçib.


Paylaş: