"Əlavə motivasiyaya ehtiyacımız olduğunu düşünmürəm"

  • Bu gün, 17:10

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 14-cü turunda "Brentford"la keçiriləcək oyun barədə fikirlərini bildirib.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Brentford"u məğlub etmək bizim üçün çox vacibdir. Motivasiyamız hazırlığımızdan və oyunlara yanaşma tərzimizdən irəli gəlir; rəqiblərimizdən daha yaxşı olmalıyıq. Liqadakı mövqeyimizi və performansımızı nəzərə alsaq, əlavə motivasiyaya ehtiyacımız olduğunu düşünmürəm".

13 oyundan sonra "Arsenal" İngiltərə Premyer Liqasında 21 xalla turnir cədvəlinə başçılıq edir. "Brentford" isə 19 xalla 10-cu yerdədir.


Paylaş: