Futbolun ürəyi İstanbulda döyünəcək

  • 16 Aprel 2025, 12:09

Aprelin 24-də İstanbulda dünya futbolu üçün əlamətdar hadisə baş verəcək.

Sportlife.az xəbər verir ki, burada UEFA nümayəndəliyinin açılışı olacaq. Mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirakı ilə baş tutacaq.

Tədbirə 55 ölkə futbol federasiyalarının rəhbərləri dəvət olunub. Bir gün əvvəl, aprelin 23-də Çırağan sarayında qonaqlar üçün VİP qəbul təşkil olunacaq. İstanbul London və Brüsseldən sonra UEFA-nın mənzil-qərargahına ev sahibliyi edən üçüncü şəhər olacaq.


Paylaş: