"Neftçi" Tovuza itkilərlə yollandı

  • Dünən, 16:39

"Neftçi" Azərbaycan Premyer Liqasının XXXIV turunun “Turan Tovuz”la oyununa hazırlığı yekunlaşdırıb.

Sportlife.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər.

Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.

Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.


Paylaş: