
"El-Klasiko"nun hakimi ilə bağlı şok fakt
La Liqanın XXXV turunda keçiriləcək "Real" - "Barselona" oyununun baş hakimi Alexandro Ernandeslə bağlı şok məlumat yayılıb.
Sportlife.az xəbər verir ki, referinin Kataloniya klubunun fanatı olduğu bəlli olub.
Belə ki, Ernandes 1994-cü ildə verdiyi müsahibədə "Barselona"ya azarkeşlik etdiyini bildirib.
Həmin müsahibəni "kral klubu"nun televiziyası üzə çıxarıb və efirə verib.
Qeyd edək ki, "El-Klasiko" mayın 11-də keçiriləcək.