"Qəbələ"nin baş məşqçisi ulduzlara qarşı

  • Dünən, 17:19

Mayın 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində dünya futbol ulduzları arasında yoldaşlıq görüşü keçiriləcək.

Sportlife.az xəbər verir ki, ölkənin ən böyük stadionu olan “Boris Payçadze”də “Barselona”nın veteranları ilə Gürcüstan millisinin keçmiş üzvləri üz-üzə gələcəklər.

Şou xarakterli qarşılaşmada Kataloniya təmsilçisinin formasını Ronaldinyo, Maksvell, Edqar Davids və Xavyer Saviola kimi məşhurlar geyinəcək.

Gürcüstan yığması isə meydana azərbaycanlı futbolçulara yaxından tanış olan Şota Arveladze, Zurab Xizanişvili, Aleksandr İaşvili kimi tanınmışlarla çıxacaq.

Yeri gəlmişkən, yoldaşlıq görüşündə hazırda ölkəmizdə çalışan şəxs də iştirak edəcək. Bu, “Qəbələ”ni I Liqa çempionu edən Kaxaber Sxadadzedir.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Paylaş: