
Reşforddan hiyləgər addım
"Mançester Yunayted"in futbolçusu Markus Reşford "Barselona"da oynamaqda israrlıdır.
Sportlife.az xəbər verir ki, ingiltərəli vinger Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik və hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi ilə müqavilə bağlayıb.
Onun həmin menecerlə əməkdaşlığa başlaması Kataloniya klubuna keçmək strateji addım hesab olunur. Çünki Zahavinin "Barselona" ilə güclü əlaqələri və klub prezidenti Joan Laporta ilə yaxşı münasibəti var.
Qeyd edək ki, Reşford hazırda icarə əsasında "Aston Villa"da çıxış edir.