"Haaland dünya səviyyəli oyunçu deyil"

  • 12 Aprel 2024, 16:42

"Liverpul"un sabiq müdafiəçisi və futbol mütəxəssisi Ceymi Karraqer "Mançester Siti"nin hücumçusu Erlin Haalandın keyfiyyətini dəyərləndirib.

Sportlife.az xəbər verir ki, Karraqer bu barədə "The Telegraph"a açıqlama verib.

"Erlin Haaland lüks futbolçudur. O, şübhəsiz ki, dünyanın ən böyük qol vuran oyunçularından biridir, lakin o, hələ də dünya səviyyəli oyunçu deyil. Son 20 ilin ən yaxşı Premyer Liqa hücumçularını düşünün - Tyerri Anri, Luis Suares və ya Harri Keyn. Qol vursalar da, vurmasalar da, ən vacib matçlara böyük təsir göstərdilər. Onların hamısı dünyanın istənilən komandasında oynaya bilər və təsiredici qol faizindən daha çox dəyər gətirə bilərdi”, - deyə  Karraqer bildirib.


Paylaş: