"Hamı orada oynamaq istəyir"

  • 8 Oktyabr 2024, 21:08

"Bavariya"ya keçdiyim üçün heç peşman deyiləm".

Sportlife.az xəbər verir ki, bu sözləri hazırda icarə əsasında "Osasuna"da çıxış edən Brayan Saraqosa deyib. O, daha sonra sözlərinə belə davam edib:

"İki il əvvəl mən ikinci divizionda oynayırdım və bundan sonra "Bavariya" məni heyətinə qatdı, bu, belə vəziyyətdə olan hər hansı bir oyunçu üçün inanılmaz bir şeydir, hamı orada oynamaq istəyər".

Xatırladaq ki, Saraqosa gələn yay yenidən müqaviləylə məxsus olduğu "Bavariya"ya qayıdacaq. O, "Osasuna"nın heyətində 9 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

 


Paylaş: