
İtaliyadan təklif aldı
"Beşiktaş"ın futbolçusu Rafa Silva İtaliyadan təklif alıb.
Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçu "İnter"in maraq dairəsinə düşüb. Milan klubu yayda "qara qartallar"ın qapısını döyəcək.
Qeyd edək ki, Silva bu mövsüm 42 oyunda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.