
Messi bud nahiyəsindən zədəsini sağaldıb
"İnter Mayami"nin hücumçusu Lionel Messi bud nahiyəsindən aldığı zədədən sonra ümumi qrupla məşqlərə qayıdıb.
Sportlife.az "Daily Mail"ə istinadla xəbər verir ki, , 36 yaşlı argentinalı "Monterrey" ilə KONKAKAF Çempionlar Kubokunun 1/4 final matçı öncəsi komandanın səhər məşqində görüntülənib. Oyun aprelin 4-də baş tutacaq.
Bu mövsüm Messi "İnter Mayami"nin heyətində 5 oyun keçirib , 5 qol vurub və 2 məhsuldar ötürmə verib.