Miha Zayç üçün "ayrılıq" iddiası

  • 21 Noyabr 2023, 18:00

Linkoln Henrike "Fənərbağça"ya qayıtdıqdan sonra sloveniyalı yarımmüdafiəçi Miha Zayçın ara transfer dövründə icarə və ya transferlə başqa komandaya göndərilə biləcəyi iddia edilib.

Sportlife.az "Sabah"a istinadla xəbər verir ki, ötən mövsüm mart ayında çarpaz bağ yırtığı ilə zədələnən Linkolnun 2 həftə sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir. 
 
Lisenziyası dondurulan braziliyalı futbolçu 14 əcnəbi qaydasına görə dərhal heyətə daxil edilməyəcək. 
 
Rəhbərlik fasilə zamanı Zayçı icarəyə ya da satmağa və onu 25 yaşlı Linkolnla əvəzləməyə hazırlaşır.
 

Paylaş: