Milli üzvündən bəd xəbər: ZƏDƏLƏNDİ

  • 4 Mart 2024, 21:11

"Sassuolo" və İtaliya millisinin cinah oyunçusu Domeniko Berardi 2024-cü il Avropa çempionatını buraxacaq.

Sportlife.az xəbər verir ki, hücumçuya sağ ayağının vətərinin tam qopması diaqnozu qoyulub.

"Sassuolo" açıqlamasında futbolçunun çərşənbə axşamı əməliyyat olunacağını bildirib.

29 yaşlı italyan bu mövsüm klubda 18 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: