Musayev Rusiyada ən yaxşı seçildi
"Sabah" klubunun sabiq baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşısı seçilib.
Sportlife.az xəbər verir ki, hazırda "Krasnodar"ı çalışdıran 40 yaşlı mütəxəssis ilk dəfə bu mükafatın sahibi olub.
"Krasnodar" sentyabrda meydana çıxdığı 3 oyunda 9 xal toplayıb. Komanda hazırda 27 xalla turnir cədvəlinə başçılıq edir.