MY-dan Ramos açıqlaması
"Mançester Yunayted" müdafiəçi Serxio Ramosu transfer etməkdə maraqlı deyil.
Sportlife.az xəbər verir ki, klub onunla heç bir danışıq aparmayıb.
Daha əvvəl "Cadena SER" radiosu Ramosun İngiltərə klubundan təklif aldığını bildirib.
Qeyd edək ki, bu yaxınlarda Meksika "Monterrey"indən ayrılan Ramos yeni komanda axtarışındadır.
O, əvvəllər "Real", "Sevilya" və PSJ-də oynayıb.