MY rəsmisinin ayrılma səbəbi oldu
"Mançester Yunayted"in idman direktoru Den Eşvord vəzifəsindən ayrılıb.
Sportlife.az "ManUtdMEN" portalına istinadən xəbər verir ki, 53 yaşlı funksionerin ayrılma səbəblərindən biri baş məşqçi postuna Ruben Amorimi yox, Qaret Sautqeyti gətirmək istəyi idi. O, İngiltərə millisinin sabiq çalışdırıcısının daha uğurlu olacağına inanırdı.
Eşvord MY karyerası cəmi 5 ay çəkib. O, bu ilin yayından klub çalışırdı.