
"Nyukasl" "Milan"ın müdafiəçisiylə maraqlanır
"Nyukasl" "Milan"ın müdafiəçisi Fikayo Tomori ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, "sağsağanlar" müdafiə xəttini 26 yaşlı futbolçu ilə gücləndirmək istəyir.
Tomori 2021-ci ilin yanvarından "Milan"da çıxış edir. O, başa çatan mövsümdə 35 oyuna çıxıb və 4 qol vurub.
Transfermarkt portalına görə ingiltərəli müdafiəçinin dəyəri 40 milyon avrodur.