
Palmerdən qəribə qərar
Toydan imtina "Çelsi" futbolçusunun münasibətinə son qoyub.
Sportlife.az xəbər verir ki, Koul Palmer sevgilisi Konni Qreysin təzyiqinə məruz qalıb. O, futbolçunu bir il evliliyə razı salmağa çalışıb. Lakin 23 yaşlı oyunçu evliliyin onun sürətlə inkişaf edən karyerasına mane olacağına düşündüyü üçün qərar verməyə tələsmədiyini bildirib.
Hətta xanım klublararası dünya çempionatından az sonra Palmerə evlilik təklifi etsə də, rədd cavabı alıb və bu, cütlüyün ayrılmasına səbəb olub.