Poqba üçün 170 milyon avro - REKORD TRANSFER

Poqba üçün 170 milyon avro - REKORD TRANSFER

  • 19 Fevral 2018, 22:00

Pol Poqba “Mançester Yunayted”i tərk edə bilər.

Sportlife.az xəbər verir ki, bunu klubun keçmiş kapitanı Pol İns fransalı futbolçunun oynadığı mövqedən narazı olmasıyla əlaqələndirib:

"O, Joze Mourinyonun onu müdafiəyə meyilli oynatmasından şikayətçidi, Poqba daha hücuma meyilli mövqedə oynamaq istəyir. Əks halda futbolçu komandanı tərk edə bilər".

Poqbanın yeni klubu isə “Real Madrid” ola bilər. İddialara görə, “Real” yayda “Mançester Yunayted”ə müraciət edəcək. “Kral Klubu” 2021-ci ilədək müqaviləsi olan futbolçu üçün 120 milyon funt-sterlinq (170 milyon avro) təklif edəcək.

Qeyd edək ki, “Mançester Yunayted” Poqbanı 2016-cı ildə “Yuventus”dan 105 milyon avroya transfer edib. Həmin vaxt bu transfer rekordu hesab olunurdu.


Paylaş: