Premyer Liqa klubu futbolçusuyla müqavilə uzadıb

  • Dünən, 16:22

"İpsviç" futbolçusu Leyf Devislə yeni müqavilə imzalayıb.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu 24 yaşlı müdafiəçinin sözləşməsini 2028-ci ilin yayına qədər uzadıb.

Devis 2022-ci ildən "İpsviç"də çıxış edir. O, bu mövsüm 8 oyunda meydanda olub.


Paylaş: