“Qalatasaray”ın daha bir müdafiəçisi sıradan çıxdı

  • 13 Dekabr 2024, 12:51

"Qalatasaray"ın "Malmö" ilə görüşdə daha bir müdafiəçisi zədələnib.

Sportlife.az xəbər verir ki, Davinson Sançes matçın 32-ci dəqiqəsində zədələnərək oyuna davam edə bilməyib. Onun durumunun nə qədər ciddi olub-olmadığı bugünkü testlərdən sonra bəlli olacaq.

Xatırladaq ki, "Malmö" - "Qalatasaray" matçı 2:2 hesabıyla başa çatıb.


Paylaş: